”TUSİ” ORDUBAD Cəmiyyətinin Watcap Qrupuna qoşulmaq üçün daxil olun
2024-02-24 14:48:10
İbrahimli Bəhlul İmran oğlu 1952-ci il iyul ayının 12-də Azərbaycan Respublikası, Naxçıvan MR Ordubad rayonunun Sabir kəndində anadan olmuşdur.
1966-cı ildə Bakı şəhər 5№-li tibb məktəbinə daxil olmuş, 1969-cu ildə feldşer-laborant ixtisasını bitirmiş, 1969-1971-ci illərdə Culfa rayon Mərkəzi xəstəxanasında laboratoriya müdiri olmuşdur.
1971-1975-ci illərdə Y.Məmmədəliyev adına Naxçıvan Dövlət Pedaqoji İnstitutunda təhsil almışdır.
1975-1978-ci illərdə Ordubad rayonu Sabir kənd məktəbində tarix müəllimi, Aza kənd orta məktəbində dərs hissə müdiri vəzifəsində çalışmışdır.
1985-ci ildə arxeologiya sahəsi üzrə “Orta əsr Xaraba-Gilan şəhər” mövzusunda dissertasiya işini müdafiə etmişdir. Tarix üzrə fəlsəfə doktoru, dosentdir.
Hal-hazırda AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda şöbə müdiri vəzifəsində çalışır.
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu Elmi Şurasının, həmçinin institutun nəzdində fəaliyyət göstərən (5505-02 – Arxeologiya) FD 01.171 Dissertasiya Şurasının üzvüdür. “Azərbaycan Arxeologiyası” jurnalının redaktor müavinidir.
Azərbaycan Respublikası Kütləvi İnformasiya Vasitələri İşçilərinin Həmkarlar İttifaqı Rəyasət Heyətinin 14 may 2012-ci il tarixli qərarı ilə “Azərbaycan bayrağı” Mükafatı Laureatı Diplomuna layiq görülmüşdür. Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbinin Fəxri fərmanı ilə təltif edilmişdir.
Bir sıra məqalə və kitabın müəllifidir.