“Tusi” Cəmiyyəti Dövlət Başçısına təşəkkür məktubu ünvanlayıb

“Tusi” Cəmiyyəti Dövlət Başçısına təşəkkür məktubu ünvanlayıb

Hörmətli cənab Prezident.

Ordubad ictimaiyyətinin həmrəyliyini və birliyini əks etdirən, Ordubad elinin özünəməxsusluqlarının, Naxçıvan diyarının əlverişli imkanlarının, bütövlükdə Odlar yurdu Azərbaycanın milli xüsusiyyətlərinin tanıdıb-təbliğ olunmasına töhfə verən “Tusi” Xeyriyyə Cəmiyyətinin üzvləri adından akademik Yusif Məmmədəliyevin 120 illiyinin qeyd edilməsi haqqında Sərəncama görə Sizə səmimi-qəlbdən təşəkkür edirəm. Bu Sərəncam hamımızı ürəkdən məmnun etdi və qürurlandırdı.

Hər zaman bizi qürurlandırdığınıza, fərəh hissləri yaşatdığınıza görə Sizə minnətdarıq. Cəmiyyətimizin üzvləri Ümummilli Lider Heydər Əliyevin milli inkişaf yolunu davam etdirən, müasir Azərbaycan tarixində Zəfər səhifəsi açan və dövlət suverenliyimizə imza atan Lideri daim dəstəkləyir, milli dövlətçilik naminə müdrik həyat fəaliyyətinizdə davamlı uğurlar arzulayır.

Əminik ki, Sizin rəhbərliyinizlə zəfərlər ölkəsinə çevrilən Azərbaycan Respublikası bundan sonra da yüksələn xətlə inkişaf edəcək, xalqımız üçün təhlükəsizlik, firavanlıq və rifah hər zaman əsas meyar olacaq. Sizə gələcək ali dövləti vəzifənizdə yeni-yeni uğurlar arzu edirik.

Hörmətlə,

Babanlı Yəhya,

“Tusi” Xeyriyyə Cəmiyyətinin İdarə Heyətinin sədri.

Azərbaycan Respublikası, Bakı şəhəri.